“Qarabağ”ın sabiq legioneri baş məşqçi oldu
15.02.2014 - 10:10
Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Mustafa Engin baş məşqçi karyerasına başlayıb. Apasport.az saytının məlumatına görə, türkiyəli legioner vətənində çalışdırıcı kimi fəaliyyət göstərəcək.
38 yaşlı məşqçi “Bilecikspor” klubuna rəhbərlik edəcək. Bu komanda Türkiyənin regional liqasında çıxış edir.
Qeyd edək ki, Mustafa 2005-ci ildə Azərbaycanda çıxış edib. 2004/05 mövsümündə 9, 2005/06 mövsümündə isə 8 mata çıxan legioner çempionatımızda ümumilikdə 17 görüş keçirib.
0
0