“Qarabağ”ın səfər oyunu canlı yayımlanacaq
09.12.2014 - 16:31
“Qarabağ”ın səfər oyunu canlı yayımlanacaq

Dekabrın 13-14-də Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, azarkeşlər turun iki oyununa televiziya vasitəsilə tamaşa edə biləcəklər.

 

“İdman Azərbaycan” kanalı dekabrın 14-də baş tutacaq 3 qarşılaşmadan ikisini canlı təqdim edəcək. Belə ki, saat 15:00-da “Qəbələ” – “Qarabağ”, 19:30-da isə “Neftçi” – “Sumqayıt” görüşü canlı yayımlanacaq.

 

Qeyd edək ki, bu iki oyunla yanaşı, XVI turda “Simurq” – “İnter” (13 dekabr) və “Bakı” – “Xəzər Lənkəran” (14 dekabr) oyunları da baş tutacaq.