“Qarabağ”ın vitse-prezidenti UEFA rəsmisi ilə görüşəcək
19.12.2014 - 14:03
“Qarabağ”ın vitse-prezidenti UEFA rəsmisi ilə görüşəcək

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl İsveçrəyə yollanıb. Apasport.az saytının məlumatına görə, klub rəsmisi bu gün UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə görüşəcək.

İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. Görüşün məqsədi UEFA rəsmiləri ilə birlikdə oyuna baxmaq və müzakirə etməkdi.

Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ" UEFA-ya şikayət edib. Avropa futbol qurumu da müraciətə gələn il fevralın 5-də baxacaq.

 

Mənbə: qarabagh.com