“Qarabağ”ın Xorvatiya klubu ilə oyununun başlama saatı müəyyənləşdi
14.01.2015 - 20:03
“Qarabağ”ın Xorvatiya klubu ilə oyununun başlama saatı müəyyənləşdi

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Türkiyədə 6 yoxlama oyununa çıxacaq Ağdam təmsilçisinin ilk rəqibi bəlli olub.

 

Qurban Qurbanovun yetirmələri ilk yoxlama matçını yanvarın 17-si Xorvatiyanın “RNK Split” klubuna qarşı keçirəcək. Qarşılaşmanın məkanı və başlama saatı dəqiqləşib. Saat 17:00-da start götürəcək oyun Belek bölgəsindəki “Piapilyon” hotelinə məxsus futbol meydançasında baş tutacaq.

 

Yanvarın 21-də reallaşacaq “Sürix”la görüş isə saat 17:30-da “Qarabağ”ın məskunlaşdığı “İC Santai”nin futbol meydançasında keçiriləcək.

 

“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədi:

 

17 Yanvar – “RNK Split” (Xorvatiya)

21 Yanvar – “Sürix” (İsveçrə)

24 Yanvar – “Levski” (Bolqarıstan)

27 Yanvar – “Legiya” (Polşa)

29 Yanvar – “Mordoviya” (Rusiya)

31 Yanvar – “Targu Mures” (Ruminiya)