“Qarabağ”la görüşə konsentrasiya olmuşuq”
07.12.2015 - 18:54
“Qarabağ”la görüşə konsentrasiya olmuşuq”

“Bütün fikrimizi “Qarabağ”la oyuna yönəltmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun futbolçusu Dennis Praet deyib.

 

O, Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”la dekabrın 10-da keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb: “Bu qarşılaşma çox vacib olduğundan tamamilə həmin görüşə konsentrasiya olmuşuq. “Qarabağ”la oyuna itki ilə çıxacağıq. Stiven Defurun yoxluğu böyük itki olsa da, onu əvəz edə biləcək oyunçularımız var. Leandr Dendoker qarşıdakı forma geyinə bilsə, problem böyük ölçüdə həllini tapacaq”.

 

Qeyd edək ki, son tur ərəfəsində “Anderlext” “Qarabağ”ı 3 xal qaaqblayır.