“Qardaşlar” ekran qarşısında
23.02.2015 - 10:37
“Qardaşlar” ekran qarşısında

Topaz Premyer Liqasında XXIV turun iki oyununun təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, fevralın 28-də baş tutacaq “İnter” – “Simurq” və “Qarabağ” – “Qəbələ” matçlarının başlanma saatı açıqlanıb.

 

“İnter” həmin gün saat 15:00-da “kiçik qardaşı” “Simurq”u qəbul edəcək. Bu oyun başa çatan kimi, yəni 17:00-da isə “Qəbələ” lider “Qarabağ”ın qonağı olacaq. Hər iki görüş “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, XXIV turun digər qarşılaşmalarında “Sumqayıt” “Neftçi” ilə, “Xəzər Lənkəran” isə “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək.