“Qəbələ” 8-ci, “Rəvan” 2-ci
04.12.2015 - 11:45
“Qəbələ” 8-ci, “Rəvan” 2-ci

Azərbaycan kubokunun 1/8 final mərhələsinin son oyunlarında qalib gələn hər iki komanda əvvəllər də 8 ən güclü sırasına düşüb. Apasport.az saytının məlumatına görə, kubok yarışlarında özünün ən böyük hesablı qələbəsini qazanaraq, “Mil-Miğan”ı 7:0 hesabı ilə məğlub edən “Qəbələ” 8-ci dəfə 1/4 finala yüksəlib.

 

Paytaxt derbidinfə “Bakı”nı 1:0 hesabı ilə üstələyən “Rəvan” isə 2-ci dəfə buna nail olub. Gələn il 1/4 finalda mübarizəni davam etdirəcək digər komandalardan “Neftçi” 24-cü, “Qarabağ” 17-ci, “İnter” 13-cü, “Xəzər Lənkəran” 12-ci dəfə finalın iki addımlığınadək irəliləyib. “Zirə” və “Sumqayıt” isə ilk dəfə buna nail olub.

 

Qeyd edək ki, 24 mövsüm ərzində 43 komanda 1/4 finalda oynamaq imkanı qazanıb.