“Qəbələ” - yenə həmin məkanda
04.12.2014 - 18:55
“Qəbələ”  - yenə həmin məkanda

Daha bir Azərbaycan klubu “Qəbələ”nin də qış təlim-məşq toplanışını harada keçirəcəyinə aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda yanvarda Antalyaya yollanacaq.

 

Təxminən iki həftə Türkiyədə qalacaq şimal təmsilçisi həmişə olduğu kimi, bu dəfə də “Gloria Golf” otelində məskunlaşacaq. Lakin yoxlama görüşlərindəki rəqiblər hələlik məlum deyil.

 

Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında 14 turdan sonra 14 xal toplayıb və hazırda 6-cı pillədə qərarlaşıb.