“Qəbələ” – “Apollon” oyununda 3 yubiley
05.08.2015 - 09:56
Avropa Liqasının III təsnifat mərhələsinin sabah “Apollon”la keçiriləcək oyunu “Qəbələ”nin üç futbolçusu üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Dmitri Bezotosnı, Samir Zərgərov və Vojislav Stankoviç avrokuboklarda yubiley matçını keçirəcək.
Hesabında 24 avrokubok qarşılaşması olan sonuncu meydana çıxsa, 25-ə çatacaq. Bezotosnı isə 20-ci avrokubok matçının astanasındadı. Qitə miqyaslı turnirlərdə cəmi 4 oyun keçirən Zərgərov 5-ci dəfə meydana çıxa bilər.
Qeyd edək ki, zədəli olan Georgi Floerskunund a hesabında 24 oyun var.
0
0