“Qəbələ” – “İnter” oyununun başlama vaxtı müəyyənləşdi
18.03.2014 - 10:32
“Qəbələ” – “İnter” oyununun başlama vaxtı müəyyənləşdi

Topaz Premyer Liqasında XXVII turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, III dövrənin son qarşılaşmaları martın 23-də keçiriləcək.

 

Eyni günə təsadüf edəcək qarşılaşmalar 3 müxtəlif vaxtda başlayacaq. Tura “Qəbələ” və “İnter” arasında mərkəzi oyunla start veriləcək. Dövrəyə autsayderlər “Rəvan” və “Sumqayıt”ın liderlərlə görüşləri ilə yekun vurulacaq. “Rəvan” “Neftçi”ni qəbul edəcək, “Sumqayıt” isə “Qarabağ”ın qonağı olacaq.

 

Topaz Premyer Liqası

XXVII tur

23 mart (bazar)

 

15:00. “Qəbələ” – “İnter”

Qəbələ şəhər stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Simurq”

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

16:00. AZAL – “Bakı”

“AZAL Arena” stadionu

 

17:00. “Rəvan” – “Neftçi”

“Bayıl Arena” stadionu

 

17:00. “Qarabağ” – “Sumqayıt”

Tofiq Bəhramov adına Respublika stadionu

 

Mənbə: pfl.az

0