Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün iki yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, şimallılar ilk olaraq Türkiyə təmsilçisi “Adanaspor”la qarşılaşıblar.
“Qırmızı-qaralar” “Rəvan”ın sabiq çalışdırıcısı Güvənc Kurtarın yenicə baş məşqçi təyin olunduğu I liqa klubunu 3:2 hesabı ilə məğlub edib.
“Qəbələ”nin bu gün üz-üzə gəldiyi ikinci rəqib isə “Vorskla” olub. Təmsilmiz Ukraynalılarla matçıda da meydandan qalib ayrılıb – 1:2.
Qeyd edək ki, “Qəbələ” Antalyada buna qədər iki yoxlama görüşü keçirib. İlk oyunda PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz bərabərə qalan Roman Qriqorçukun yetirmələri daha sonra Superliqa təmsilçisi “Əskişəhərspor”a (Türkiyə) məğlub olmuşdu – 1:3.
Yoxlama görüşü
17 yanvar
"Qəbələ” (AZƏRBAYCAN) – “Vorskla” (Ukrayna) - 2:1
QOLLAR: Ruslan Fonin, 47, Cavid Hüseynov, 86 - Siçkaruk, 40
“Qəbələ” (AZƏRBAYCAN) – “Adanaspor” (Türkiyə) - 3:2
QOLLAR: Bəhlul Mustafazadə, 35; Markinyoş, 65 - pen; Ekiqo Ehiosun, 83 - Cem, 26, Hakan, 72