“Qəbələ” “Antalyaspor”la bacarmadı
25.01.2014 - 03:54
“Qəbələ” “Antalyaspor”la bacarmadı

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilər komandası toplanış çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Apasport.az klub saytına istinadən xəbər verir ki, müvafiq olaraq Rusiya təmsilçisi "Lokomotiv" (0:2) və Küveytin U-21 millisi (1:0) üz-üzə gələn "qırmızı-qaralar" bu dəfə "Antalyaspor"un U-19 komandası ilə münasibətlərinə aydınlıq gətirib.

 

Meydançaya 19 yaşa qədər futbolçulardan ibarət heyətlə çıxan "qırmızı-qaralar" qarşılaşma boyu daha üstün oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb - 0:0.

 

Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində növbəti oyunda bu gün Ukrayna "Şaxtyor"unun əvəzedici heyəti ilə üz-üzə gələcək.