“Qəbələ” “Kayrat”a qalib gəldi
06.06.2015 - 10:29
“Qəbələ” “Kayrat”a qalib gəldi

Qazaxıstanda keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin U-16 komandasının da mübarizə apardığı yarışda ilk turun iki oyunu keçirilib.

 

“Qırmızı-qaralar”ın birinci rəqibi Almatı “Kayrat”ı olub. Famil Xəlilovun baş məşqçisi olduğu komandamız yarışa böyükhesablı qələbə ilə başlayıb – 4:1. İlkin Abdullayevin dubl etdiyi qarşılaşmada “Qəbələ”nin digər qollarını Elvin İmanlı və Kamran Quliyev vurublar.


“Qırmızı-qaralar” bu gün keçiriləcək II turda Almatı klublarının yığma komandası ilə qarşılaşacaq. Görüş saat 12:15-də start götürəcək.

 

“Qəbələ” son oyununu iyunun 8-də saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək.

Mənbə: gabalafc.az