“Qəbələ” məğlub oldu - YENİLƏNİB
16.01.2014 - 19:45
“Qəbələ” məğlub oldu - YENİLƏNİB

“Qəbələ” Türkiyədə 3-cü oyununu başa vurub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz təlim-məşq toplanışının ilk mərhələsinin son qarşılaşmasında Superliqada mübarizə aparan “Konyaspor”la üz-üzə gəlib.

 

Əvvəlki 2 matçda “Gloria” meydançasında oyun keçirən Yuri Syominin komandası Məsut Bakkalın yetirmələri ilə “Papillon” otelinin qazonunda görüşub. Superliqanın debütantı ilə matç “Qəbələ” üçün yaxşı başlayıb. Komandamız hətta yeni transfer Rafael Santosla hesabı açıb, Yannik Kamananla fərqi 2 topa da çatdırıb.

 

Lakin futbolçularımız bunun ardını gətirə bilməyiblər. Hazırda Türkiyə çempionatında 20 xalla 13-cü sırada olan “Anadolu qartalı” ardıcıl 4 qolla inamlı qələbə qazanıb – 4:2.

 

Bu, “Qəbələ”nin hazırlıqda ilk məğlubiyyəti olub. Onlar bunadək yerli “Maltəpəspor” klubu ilə bərabərə qalıb (1:1), Qazaxıstan “Tobol”una isə qalib gəlmişdi (2:1).

Yoxlama oyunu
Konyaspor (Türkiyə) – QƏBƏLƏ - 4:2

QOL: Hasan Kabze, 35, 57; Calma, 40; Torvaldsson, 76 - Rafael Santos, 7; Yannik Kamanan, 29

Antalya. Papillon Sports Center

 

Qeyd edək ki, “Qəbələ” yanvarın 20-də Semey “Spartak”ı, 22-də “Volqa”, 25-də Moskva “Torpedo”su ilə qarşılaşmağı planlaşdırır.