“Qəbələ” “Lokomotiv”ə uduzdu
22.01.2014 - 09:00
“Qəbələ” “Lokomotiv”ə uduzdu

Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedicilər komandası toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi "Lokomotiv"lə (Moskva) üz-üzə gələn "qırmızı-qaralar" 0:2 hesabilə məğlub olub.

 

Tərəflər ilk hissədə heç-heçəyə razılaşsalar da, "Lokomotiv" ikinci hissədə 2 dəfə fərqlənməyi bacarıb. "Qəbələ" matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydançaya çıxıb.

 

Qeyd edək ki, Luis Araqonun yetirmələri növbəti oyunu yanvarın 23-də Küveytin U-21 yığmasına qarşı keçirəcək.