“Qəbələ” “Rəvan”a qalib gəldi
24.09.2015 - 14:50
“Qəbələ” “Rəvan”a qalib gəldi

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” Bakıda “Rəvan”la qarşılaşıb.

 

İlk 5 turda cəmi 1 qələbə qazanan “Qəbələ” yuxarı pillələrdə qərarlaşan rəqibini məğlub etməyə müvəffəq olub. Qonaqların 3 qoluna “Rəvan” son dəqiqələrdə vurduğu təsəlli topu ilə cavab verə bilib.

 

Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 6-ya çatdırıbsa, “Rəvan” 9 xalda qalıb.

 

“Rəvan” – “Qəbələ” - 1:3

Qollar: Cavad Kazımov, 88 – Emin Zamanov, 23 (pen.), Roman Hüseynov, 35, Bəhlul Mustafazadə, 51

Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev

Hakim-inspektor: Şamil Useynov

“Bayıl Arena”