Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" 4-cü- yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşıb.
Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. "Qəbələ" oyuna qara sarğı ilə çıxıb. Yuri Syominin komandası oyunun gedişində məğlub duruma düşsə də, 74-cü dəqiqədə Leonardo penalti zərbəsi ilə tarazlığı bərpa edib.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki oyunlarda Türkiyənin "Maltəpəspor klubu ilə heç-heçə (1:1) edib , Qazaxıstan təmsilçisi "Tobol"a qalib (2:1) gəlib, "Konyaspor"a (Türkiyə) isə məğlub (2:4) olub. Əyalət təmsilçisi çərçivəsində növbəti oyunu yanvarın 22-də "Volqa"ya (Rusiya) qarşı keçirəcək.
“Qəbələ” “Spartak”la heç-heçə etdi
21.01.2014 - 09:54
0
0