“Qəbələ” “Sumqayıt”dakı futbolçusunu qaytarmır
22.12.2014 - 15:39
Mövsümün əvvəlində “Sumqayıt”a icarəyə verilən Tərzin Cahangirov müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıtmayacaq. Bu barədə məlumatı apasport.az saytına “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı verib.
O bildirib ki, Tərzin “Sumqayıt”da qalmaqla daha çox inkişaf edə bilər: “Çox güman ki, Tərzin yenidən “Sumqayıt”a icarəyə veriləcək. Çünki futbolçu orda müntəzəm oynamaq imkanı əldə edir və heç də pis təsir bağışlamır”.
Qeyd edək ki, Tərzin Cahangirovun “Qəbələ” ilə müqaviləsi mövsümün sonuna qədərdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0