“Qəbələ” “Yuventus”, “Milan”, “Lokomotiv”ə qarşı
01.04.2014 - 11:48
“Qəbələ” “Yuventus”, “Milan”, “Lokomotiv”ə qarşı

“Qəbələ”nin 15 yaşadək futbolçularından ibarət komandası aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Stefano Qusellanın xatirəsinə həsr olunan yarış Turin şəhərində təşkil olunacaq.

 

Təmsilçimiz səfərə aprelin 16-da yola düşəcək. Bu il 5-ci olacaq turnir dünyanın bir sıra tanınmış klublarının iştirakına şahidlik edəcək.

 

Medallar uğrunda “Yuventus”, “Milan”, “Roma”, “Latsio”, “Napoli”, “Atalanta”, “Sampdoriya”, “Torino” (hamısı İtaliya), “Espanyol” (İspaniya), “Vasko de Qama” (Braziliya), Moskva “Lokomotiv”i (Rusiya), “Qöteborq” (İsveç) kimi tanınmış klublar mübarizə aparacaq.