Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin çempionatında VII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son mat günündə 2 qarşılaşma baş tutub.
“Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"a 0:3 hesabı ilə məğlub olub.
"Sumqayıt" isə səfərdə "Simurq"a böyük hesabla uduzub - 0:5.
Əvəzedicilərin çempionatı
VI tur
27 sentyabr
“Qəbələ” - “Xəzər Lənkəran” - 0:3
Qollar: Bəhruz Teymurov, 12, Elsevər Bəkirzadə, 58-pen, Vəzir Musayev, 62-avtoqol
“Simurq” - “Sumqayıt” - 5:0
Qollar: Roni İsmayılov, 6, Tapdıq Əliyev, 34, Nicat Muxtarov, 60, Vüsal İsgəndərli, 74, Şahin Əliyev, 77