“Qəbələ” BATE ilə qarşılaşacaq
26.10.2014 - 15:41
“Qəbələ” BATE ilə qarşılaşacaq

Litvanın paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində ikinci oyun gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2000-ci il təvəllüdlülərdən ibarət komandaların yarışında qrup mərhələsi başa çatıb.

 

Turnirdə çıxış edən “Qəbələ” Futbol Akademiyasının U-15 komandası üçün bu mərhələ uğurlu alınıb.

 

Belə ki, ilk oyun günündə 3 matçda 6 xal toplayan Mehman Yunusovun başçılıq etdiyi kollektiv qrupdakı son iki görüşündə məğlub olmayıb. Belarus təmsilçiləri ilə qarşılaşan “Qəbələ” “Minsk” ilə isə qolsuz heç-heçə edib, “Orbita”ya 2:1 hesabı ilə qalib gəlib. Qrup mərhələsini 10 xalla başa vuran “qırmızı-qaralar” B qrupunda 2-ci yeri tutub.

 

Sabah keçiriləcək 3-cü yer uğrunda oyunda “Qəbələ” A qrupunun 2-ci komandası olan Belarus klubu BATE ilə qarşılaşacaq. 

0