“Qəbələ” daha 3 futbolçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
O bildirib ki, nigeriyalı hücumçu Abdulvahid Afolabi, tacikistanlı müdafiəçi Davron Erqaşev və yarımmüdafiəçi Elmar Baxşıyevlə yeni müqavilə bağlanmayıb.
Bunlardan cari mövsüm heç bir oyunda da iştirak etməyən 33 yaşlı Elmar Baxşıyev karyerasını bitirib. O, 2011-ci ildən “Qəbələ”nin şərəfini qoruyurdu. Müqaviləsi “Qəbələ” ilə başa çatmış olan hollandiyalı Lorentso Ebesilio və braziliyalı Leonardonun isə komandada qalması yeni təyin olunacaq baş məşqçidən asılıdır.
Qeyd edək ki, “Qəbələ” cari mövsümün ortasında Umar Kalaban və Yannik Kamananla yolları ayırıb. Marat İzmaylov, Dieqo Koşta, David Petjkeviç, Nikola Valentiç və Lorival Assis isə mövsüm başa çatdıqdan sonra bölgə təmsilçisini tərk edib.