“Dorinel Muntyanunun komandadan ayrılmaq ehtimalı var. Çünki özü “Xəzər Lənkəran”la oyundan sonra rəhbərliklə bu barədə söhbət edib və istefa verməyə hazır olduğunu deyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.
Onun sözlərinə görə, son turlarda lazımı nəticə göstərə bilməyən baş məşqçi Dorinel Muntyanunun məsələsinə bu gün baxılacaq: “Rəhbərlik bu məsələni müzakirə edəcək. Hələ rəsmi bir şey yoxdu. Sadəcə, şifahi söhbət olub. Ola bilsin, rəhbərlik onun komandanı qarşıdakı oyuna da çıxarıb sonra getməsini istəyəcək. Hər halda, bütün suallara bu gün aydınlıq gələcək”.
Qeyd edək ki, Dorinel Muntyanu cari mövsümün əvvəlindən “Qəbələ”ni çalışdırır. Onun rəhbərliyi altında nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla 16 oyuna çıxan komanda bunların yalnız 4-də qələbə qazanıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı