“Qəbələ” İsveçrə klubu ilə heç-heçə oynadı
11.02.2014 - 13:16
“Qəbələ” İsveçrə klubu ilə heç-heçə oynadı

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” birinci matçda  İsveçrənin “Dietikon” (U-16) kollektivi ilə qarşılaşıblar.

 

Görüşün gedişində 1:3 hesabı ilə geriyə düşən “Qəbələ” yekunda matçı heç-heçə ilə bitirməyi bacarıb - 4:4. “Qəbələ” növbəti sınaq oyununda fevralın 14-də Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək. Toplanış çərçivəsində son matç fevralın 17-də baş tutacaq. Təmsilçimiz Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, U-15 komandasının Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb “Qəbələ”nin ötən il sözügedən aşağı yaş qrupunda çempion olmasıdır.