Topaz Premyer Liqasının V turu çərçivəsində sentyabrın 13-də səfərdə "Simurq"la üz-üzə gələcək "Qəbələ" matçın hazırlıqlarını doğma məkanda davam etdirir. Apasport.az-ın “qırmızı-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, ötən turdan ("Qəbələ"-AZAL 1:2) sonra iki gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn komanda dünəndən məşq prosesini bərpa edib.
Məşqlərdə zədəsi olan Volodimir Levin və milli komandaların heyətində yer alan Kamran Ağayev, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Əmircanov (əsas milli), Ürfan Abbasov (U-21) iştirak etmirlər.
Dorinel Muntyanunun yetirmələri hazırlıq çərçivəsində sentyabrın 6-ı “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaqlar.