“Qəbələ” planlarını dəyişdi
14.01.2015 - 09:25
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin yoxlama oyunlarının vaxtında dəyişiklik edilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu dəyişiklik qış hazırlıq prosesinin ikinci hissəsində baş tutmalı olan qarşılaşmalarla bağlıdı.
Həmin mərhələdə 3 sınaq matçına çıxacaq Roman Qriqorçukun yetirmələri yanvarın 22, 25 və 29-da deyil, 23, 25 və 27-də gücünü sınayacaq.
Qeyd edək ki, “Qəbələ” vətənə öncədən planlaşdırıldığı kimi, yanvarın 29-da deyil, 28-i axşam saatlarında qayıdacaq.
0
0