Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Qəbələ"nın hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən 2-nin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın qardaş ölkədə ilk yoxlama oyunu yanvarın 10-da baş tutacaq.
Həmin matçda "Qəbələ" PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Təmsilçimizin digər rəqibi isə "Vorskla" (Poltava, Ukrayna) olacaq. Həmin oyun yanvarın 17-də keçiriləcək. "Qəbələ" bundan əlavə yanvarın 14, 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.
Mənbə: gabalafc.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı