“Qəbələ” qələbəni əldən verdi
20.01.2015 - 19:56
“Qəbələ” qələbəni əldən verdi

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gələn (0:2) Luis Araqonun komandası bu dəfə Almaniya V divizionunda mübarizə aparan "Freyberq"lə qarşılaşıb.

 

Matç 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Qəbələ” oyuna qara sarğı ilə çıxıb.

 

Qarşılaşmada daha üstün olan təmsilçilərimiz ikinci hissənin əvvəlində - 50-ci dəqiqədə Ehtiram Şahverdiyevin qolu ilə hesabi açsa da, qələbəni qoruya bilməyib. Rəqib 70-ci dəqiqədə status kvonu bərpa edib. Bu matçda vurulan son qol olub və əvəzedicilər Antalyadakı ikinci sınaqdan heç-heçə ilə ayrılıblar.