“Qəbələ” toplanışı darmadağınla yekunlaşdırdı
20.01.2015 - 11:30
“Qəbələ” toplanışı darmadağınla yekunlaşdırdı

Təlim-məşq məqsədilə Antalyada olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən bölgədə sonuncu sınaq oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə yerli "Antalyaspor" U-15 (0:2) və "Kunduspor" U-17 (2:2) ilə qarşılaşan “qırmızı-qaralar” bu dəfə "Laraspor"un U-15 komandası ilə üz-üzə gəliblər.

 

Matç “Qəbələ”nin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Kamran Quliyev (4) və Məhəmməd Abbaslı (2) fərqləniblər. 

 

Bu matç ilə Antalyadakı təlim-məşq toplanışını yekunlaşdıran “Qəbələ”nin U-15 komandası sabah səhər saatlarında vətənə dönəcək.