[b]“Qəbələ” üçün slovakiyalı[/b]
08.07.2014 - 08:00
Avropa Liqasında keçiriləcək “Şiroki Briyeq” (Bosniya və Hersoqovina) – “Qəbələ” (Azərbaycan) matçının hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin cavab oyunu slovakiyalı ədalət təmsilçilərinə tapşırılıb.
Şiroki Briyeqdəki matçın baş hakimi Vladimir Vnuk olacaq. Təcrübəli referi komandaları Bakı vaxtı ilə saat 23:30-da “Peskara” stadionuna çıxaracaq.
Qeyd edək ki, komandalar arasında Qəbələdə keçirilən ilk oyunda Bosniya və Hersoqovina təmsilçisi qalib gəlmişdi – 2:0
0
0