Topaz Premyer Liqasında XVII və XVIII turun oyunları ilə üçüncü dövrəyə yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaqlar. Apasport.az saytının məlumatına görə, son iki turun ümumilikdə 3 görüşü televiziya vasitəsilə canlı yayımlanacaq.
XVII turun iki matçını “İdman Azərbaycan” kanalı yayımlanacaq. Azarkeşlər dekabrın 18-də “Sumqayıt” – “Qəbələ” (15:00), ardından isə “İnter” – “Neftçi” (17:00) qarşılaşmasını izləyə biləcəklər. Dekabrın 21-də baş tutacaq son turun isə bir oyunu – “Qəbələ” – “İnter” (15:00) görüşü “İdman Azərbaycan” kanalı vasitəsilə canlı təqdim ediləcək.
Qeyd edək ki, XVII turun oyunları dekabrın 17-18-də, XVIII turun görüşləri isə 21-də keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı