“Qəbələ” və “Kəpəz”in səfər sınağı
24.09.2015 - 11:21
“Qəbələ” və “Kəpəz”in səfər sınağı

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında VI turun oyun cədvəli və bütün təyinatlar açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, turun görüşləri 3 gün ərzində oynanılacaq.

 

Turun ilk oyunları bu günə təyin edilib. “Rəvan” “Qəbələ”ni, “İnter” isə “Kəpəz”i qəbul edəcək. "Rəvan" - "Qəbələ" matçı artıq start götürüb.

 


24 sentyabr (cümə axşamı)
 

12:00. “Rəvan” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Hakim-inspektor: Şamil Useynov
“Bayıl Arena”


16:00. “İnter” – “Kəpəz”
Hakimlər: Emin Nağıbəyov, Qəzənfər Abbasov, Hüseyn İmanov, Emil Müsadiq
Hakim-inspektor: Aydın Gözəlov
“İnter Arena”


25 sentyabr (cümə)

16:00. “Sumqayıt” – AZAL
Hakimlər: Venera Kahriç, Müslüm Mövludov, Əli Cəbrayılov, Elxan Müslümov
Hakim-inspektor: Sahib Əliyev
“Kapital Bank Arena”
 

“Qarabağ” – “Neftçi”
Hakimlər: Nahid Xasıyev, Zöhrab Abbasov, Cəmil Quliyev, Fuad Rəsulzadə
Hakim-inspektor: Əlibala Ələsgərov
 


26 sentyabr (şənbə)

16:00. “Xəzər Lənkəran” – “Zirə”
Hakimlər: Yusif Hüseynov, Ruslan Babayev, Maqsud Şıxəliyev, Rəşad Aydınov
Hakim-inspektor: Arif Ağayev
“Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança

Qeyd: “Qarabağ” – “Neftçi” görüşünün yeri və vaxtı dəqiqləşdikdən sonra bu barədə məlumat veriləcək.