Topaz Premyer Liqasının qış transfer dövründə keçidləri rəsmiləşən daha 4 futbolçu klubların iştirak ərizəsinə daxil edilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, Kamran Ağayev və Marat İsmayılov “Qəbələ”nin, Usim Nduka və Mindauqas Kalonas isə “Simurq”un oyunçu siyahısına əlavə edilib.
Kamran “Qəbələ”də 1, Marat isə 7 nömrəli formanı geyəcək. Nduka yeni klubunda “3”, Kalonas isə “9“u daşıyacaq.
Qeyd edək ki, apasport.az saytının “Kim gəlir, kim gedir” başlıqlı yazısında bəzi transfer olunmuş futbolçuların adlarının siyahıda olmaması bildirilmişdi. Eləcə də Kamran Ağayevlə bağlı xəbərdə bununla bağlı “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun fikri öyrənilmişdi.