“Qəbələ” Futbol Akademiyasının komandaları ötən həftə ərzində növbəti oyunlarını keçiriblər. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müxtəlif yarışlarda baş tutan qarşılaşmalarda “qırmızı-qaralar” 4 qələbə qazanıb.
U-17 kubokunda 1/4 finalın cavab oyununda “Qarabağ”ın qonağı olan “Qəbələ” evdə məğlub edə bilmədiyi (1:1) rəqibini səfərdə böyük hesabla üstələyib – 4:1. Yarımfinala yüksələn komanda 2015-ci ildə “Neftçi” ilə üz-üzə gələcək.
U-19 komandası səfərdə “Xəzər Lənkəran”a qalib gəlib – 3:1. 12 matçda 23 xal toplayan komanda hazırda 4-cü pillədə qərarlaşıb. İlin son matçında “Sumqayıt”la görüşəcək “Qəbələ” XV turda evdə oynayacaq.
U-16 “Rəvan”a 4:1 hesabı ilə qalib gəlib. 12 oyundan sonra 31 xal toplayan “qırmızı-qaralar” qış fasiləsinə 2-ci pillədə yollanıb.
U-15 isə 2014-cü ilə “Simurq” üzərində böyükhesablı qələbə ilə yekun vurub – 8:1. 12 matçda 29 xal toplayan komanda fasiləyə lider kimi çıxıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”