“Qəbələ”dən daha 2 nəfər getdi
23.05.2014 - 13:48
Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək “Qəbələ”nin məşqçilər heyətindən daha 2 nəfərin komandadan ayrılması baş verib. Apasport.az saytının klubun meneceri Zaur Əzizovdan aldığı məlumata görə, Yuri Syominin istefasından sonra onun özü ilə Rusiyadan gətirdiyi köməkçilərinin ölkəmizdə işləməsi üçün heç bir zəmin qalmayıb.
Belə ki, Yuri Baturenko və Yuri Pavloviçin oğlu Andrey Syomin də “Qəbələ”ni tərk edib.
Qeyd edək ki, hazırda “Qəbələ”nin məşqçilər heyətində 2 nəfər qalıb. Bunlar Sənan Qurbanovla Dmitri Kramarenkodur.
0
0