“Qəbələ”də iki yeni futbolçu
22.01.2015 - 09:00
“Qəbələ”də iki yeni futbolçu

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 17-ci gününü 2 məşqlə yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

 

Komandanın düşərgəsinə iki yeni futbolçu da qoşulub. Bunlar əvəzedici komandanın üzvləri Bəhlul Mustafazadə və Emin Zamanovdu. Belə ki, əvəzedici heyətlə Antalyaya gələn gənc oyunçular əsas komandanın hazırlıq prosesinə cəlb olunub.