“Qəbələ”dən çətin qələbə
30.08.2014 - 10:03
Əvəzedici komandaların ölkə birinciliyində IV turun daha 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” 3-cü qələbəsini rəsmiləşdirib.
Luis Araqonun yetirmələri AZAL-ı minimal hesabla məğlub edib. Debütant “Araz-Naxçıvan” isə Sumqayıtda yerli komanda üzərində qələbə qazanıb.
“Qəbələ” – AZAL - 1:0
Murad Musayev, 60
“Sumqayıt” – “Araz-Naxçıvan” - 1:3
Elsevən Rəhimli, 28 – Kamil Hüseynov, 49; Tağı Seyidov, 60; Vüsal Abdullayev, 64
Qeyd edək ki, bu gün daha 2 oyun keçiriləcək. “Qarabağ” “Bakı”nı, “Neftçi” isə “Simurq”u qəbul edəcək.
0
0