[b]“Qəbələ”nin baş məşqçisinin hansı ölkələrdən olacağı bilindi[/b]
01.06.2014 - 17:51
“Qəbələ”nin yeni məşqçisinin haradan olacağına aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, hazırda danışıq aparılan namizədlər Şərqi Avropanı təmsil edir.
Namizədlər isə Bolqarıstan, Xorvatiya və Rusiya kimi ölkələrdə axtarılır. “Qəbələ” məşqçi seçimini daha çox akademiyadan çıxan futbolçularla iddialı komanda yaratmağı bacaran, çox bahalı transferlərin edilməsini klub rəhbərliyindən istəməyən mütəxəssis üzərində etmək istəyir.
Qeyd edək ki, “Qəbələ” yaxın günlərə kimi rumıniyalı Dorinel Muntyanu ilə danışıqlar aparsa da, tərəflər arasında anlaşma mümkün olmayıb.
0
0