Təlim-məşq toplanışı üçün dünən Antalyaya gedən “Qəbələ”nin yoxlama görüşü üçün rəqibləri də bir-bir bəlli olur. Apasport.az saytının məlumatına görə, şimal klubunun 4-cü rəqibinin adına aydınlıq gəlib.
Baş məşqçi Roman Qriqorçuk yetirmələrini Qazaxıstan klubu “Tobol”a qarşı sınayacaq. Bu qarşılaşmanın yanvarın 17-də keçirilməsi nəzərdə tutulub. “Qəbələ” Antalyanın “Miracle” otelində məskunlaşan “Tobol”un üçüncü rəqibi olacaq. Buna qədər qazaxıstanlılar Moskva “Lokomotiv”inin ikinci komandası və Zaporojye “Metallurq”u ilə qarşılaşacaqlar.
Qeyd edək ki, “Qəbələ” həmçinin yanvarın 10-da PSV-nin ikinci komandası, 14-də “Eskişehirspor” və 17-də “Vorskla” ilə üz-üzə gələcək. Yanvarın 22-də, 25-də və 29-dakı rəqiblər isə hələ məlum deyil.