Bosniya və Herseqovinada millinin 2015-ci il üçün ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, balkanlılr cədvəli tərtib edərkən yığma üzvlərinin 2014/15 mövsümünün ikinci, 2015/16 mövsümünün ilk yarısında klubunun heyətində vurduğu qolların sayını əsas götürüb.
Başa çatmaqda olan ildə hamıdan çox fərqlənən Armin Hodziçdi. Zaqreb “Dinamo”sunun üzvü Xorvatiyada 14 qol vurub. Türkiyə təmsilçisi “İstanbul BB”də çıxış edən Edin Viska 13 dəfə fərqlənib.
“Qəbələ”nin bosniya və herseqovinalı hücumçusu Ermin Zets 3-cü pilləyə şərikdi. İtaliya “Roma”sının üzvü Miralem Pyaniçlə eyni göstəriciyə malik Zets 11 qol vurub. Ermin bu qollardan 7-sini ötən mövsüm Türkiyə “Balıkəsirspor”unda, 4-nü “Qəbələ”də vurub.
Bosniya və Herseqovina yığmasının digər üzvlərini arxada qoyan Zets məşhur həmyerlisi Edin Dzekodan da öndə qərarlaşıb. 2015-ci ili “Mançester Siti” və “Roma”da keçirən hücumçu cəmi 7 qol vurub.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək