“Qəbələ”nin istədiyi ukraynalı Antalyaya yollandı
12.01.2015 - 10:44
“Qəbələ”nin istədiyi ukraynalı Antalyaya yollandı

“Qəbələ”nin transfer gündəmində olan Kirill Kovalçuk özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, ukraynalı yarımmüdafiəçi “Metallist”lə anlaşıb.

 

Maliyyə problemi səbəbindən bir çox oyunçusu ilə vidalaşan “Çernomorets”dən gedənlər arasında Kovalçuk da var idi. Onun “Qəbələ”yə keçidi daha real görünürdü. Çünki sabiq baş məşqçisi Roman Qriqorçuk 29 yaşlı oyunçunu özü ilə “Qəbələ”yə gətirmək niyyətində idi. Lakin Kovalçuk ölkəni tərk etməməyi üstün tutub.

 

“Metallist” qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb və Kovalçuk da komandanın düşərgəsindədi.

 

Qeyd edək ki, Kirill Kovalçuk ötən ildən Ukrayna millisinə çağırılır.