“Qəbələ”nin məşqçisi: Oyunçular xarakter göstərdilər
14.12.2014 - 17:40
“Qəbələ”nin məşqçisi: Oyunçular xarakter göstərdilər

“İlk növbədə “Qarabağ”ı Avropa Liqasındakı uğurlarına görə təbrik edirəm. Çempiona qarşı oynadıq. Futbolçularıma təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.

 

O, Topaz Premyer Liqasının XVI turu çərçivəsində doğma publika önündə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etmələrinə şərh verib: “Hesabda geri düşməyimizə baxmayaraq, oyunçular xarakter göstərdilər. “Qarabağ”a qarşı oynamaq çətindi. Futbolçulara təşəkkür edirəm ki, xarakter göstərdilər. Komandamız 6-cı yerə layiq deyil. Biz oyunla bunu bir daha göstərdik. Daha da irəli getmək lazımdı. Məşq prosesində dəyişiklik etdik. Psixoloji gərginlik olduğu üçün məşqləri daha əyləncəli etdik. Eyni zamanda, futbolçularda özünəinam hissini qaytardıq”.(pfl)