“Qəbələ”nin növbəti sınağı
16.01.2015 - 02:28
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün ikinci oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1 gün əvvəl yerli "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan təmsilçimiz (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib.
Matç 2:2 hesabilə yekunlaşıb. “Qəbələ”nin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib.
"Qırmızı-qaralar"ın toplanış çərçivəsində üçüncü - son oyunu yanvarın 18-i baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.
0
0