“Qəbələ”nin potensial rəqibi uduzdu
10.07.2014 - 10:59
“Qəbələ”nin potensial rəqibi uduzdu

“Qəbələ”nin Avroliqanın II təsnifat mərhələsində potensial rəqibi olan Çexiyanın “Mlada Boleslav” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Çexiyanın bürünc mükafatçısı Avstriyada Rumıniyanın “Konkordiya” klubu ilə görüşüb.

 

“Mlada Boleslav” rəqibinə 1:2 hesabı ilə yenilib. Çexlərin yeganə qoluna 44-cü dəqiqədə yeni transfer İrji Skala imza atıb. Mlada Boleslav təmsilçisi bundan öncə Albaniyanın “Skenderbeu” (3:1) və Avstriyanın “Qrödiq” (1:1) klubları ilə gücünü sınamışdı.

 

Qeyd edək ki, “Qəbələ” bu gün “Şiroki Briyeq”lə oyunda möcüzə reallaşdırıb növbəti mərhələyə keçsə, rəqibi “Mlada Boleslav” olacaq.