“Qəbələ”nin rəqibi 3-cü pillədə
07.12.2015 - 08:50
“Qəbələ”nin rəqibi 3-cü pillədə

Yunanıstan çempionatında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qəbələ”nin rəqibi olan PAOK öz meydanında “Panionios”la qarşılaşıb.

 

Saloniki təmsilçisi bu görüşdə 2:1 hesabı ilə qalib gəlib. PAOK-un qollarını Mak və Tsavellas vurublar.

 

Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran salonikililər turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. PAOK XIV turda “Levadiakos”la görüşəcək. Oyun dekabrın 14-də baş tutacaq.

 

Qeyd edək ki, Yunanıstan çempionatında turnir cədvəlinə 13 oyunun hamısında qələbə qazanan “Olimpiakos” başçılıq edir.