“Qəbələ”nin rəqibi autsayderlə bacarmadı
19.10.2015 - 09:04
“Qəbələ”nin rəqibi autsayderlə bacarmadı

Rusiya çempionatında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Qəbələ”nin rəqibi olan “Krasnodar” səfərdə “Anji” ilə qarşılaşıb.

 

Təmsilçimizin rəqibi autsayderlərdən biri olan Mahaçqala təmsilçisi ilə bacarmayıb. Belə ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Krasnodarın eyniadlı təmsilçisi ilk yarıda 2 qol buraxsa da, fasilədən sonra Laborde və arinin qolları ilə məğlubiyyətdən xilas olub. Bu bərabərlikdən sonra xal hesabını 15-ə çatdıran Oleq Kononovun yetirmələri 12 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.