“Qəbələ”nin rəqibi Benderin müqaviləsini yeniləyəcək
04.12.2015 - 16:02
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Borussiya” aparıcı oyunçularından olan Sven Benderlə yeni müqavilə imzalamağı planlaşdırır. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə danışıqlara artıq start verib.
Benderə təklif olunan yeni müqavilənin müddəti hələ açıqlanmır. Futbolçunun hazırkı sözləşməsi 2017-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, 2009-cu ildən “Borussiya”nın formasını geyinən Bender dortmundluların heyətində bu vaxta qədər 184 oyunda 4 qola imza atıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0