“Qəbələ”nin rəqibi hücumçusunu “Barselona”ya sata bilər
12.10.2015 - 14:10
“Qəbələ”nin rəqibi hücumçusunu “Barselona”ya sata bilər

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı daha bir futbolçusunu itirə bilər. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisinin hücumçusu Pyerr-Emerik Obameyanq Avropa nəhənglərinin maraq dairəsindədi.

 

İlkay Gündoğan və Marko Roysla yanaşı, Obameyanq da qış fasiləsində “Borussiya”nı tərk edə bilər. Çünki “Barselona” qabonlu forvardı heyətinə cəlb etmək niyyətindədi. Kataloniya klubu 26 yaşlı oyunçunun keçidi ilə bağlı artıq qarşı tərəfə rəsmi müraciət də edib. “Borussiya” ilə 2020-ci ilə qədər müqaviləsi olan Obameynq özü də daha güclü komandada oynamağın əleyhinə deyil.

 

Qeyd edək ki, “Borussiya” Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu məhz “Qəbələ”yə qarşı keçirəcək. Bu qarşılaşma oktyabrın 22-də “Bakcell Arena”da oynanılacaq. 

0