PAOK-dan növbəti qələbə
26.10.2015 - 01:55
Yunanıstan çempionatında 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi PAOK da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda “Panatinaikos”la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 3:1 hesablı inamlı qələbəsilə başa çatıb.
Qeyd edək ki, PAOK hazırda 14 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0