“Qəbələ”nin rəqibi son 16 komanda arasında
24.09.2015 - 23:01
“Qəbələ”nin rəqibi son 16 komanda arasında

Rusiya kubokunun 1/16 final mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Krasnodar” səfərdə Rusiyanın 2-ci divizion təmsilçisi İjevsk “Zenit”i ilə üz-üzə gəlib.

 

“Yaşıl-qaralar” Fyodr Smolovun matçın 86-cı dəqiqəsində vurduğu qolla 1:0 hesabıyla qalib gələrək, 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

 

Rusiya kuboku, 1/16 final

 

24 sentyabr

Zenit (Ujovsk) - Krasnodar 0:1

Qol: Smolov, 86